!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikayıl Cabbarov: "Mədən vergisi daxilolmaları 2 dəfə artıb"

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədən vergisi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox olub.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tvitter”də yazıb.

Bundan başqa, onun sözlərinə görə, son 1 ildə daxilolmalar mənfəət vergisi üzrə 48,2 %, əlavə dəyər vergisi üzrə 27,8 %, əmlak vergisi üzrə 24,6%, fiziki şəxslərin gəlir vergisi üzrə 22,4 %, yol vergisi üzrə 15,8 %, aksiz vergisi üzrə 15,3 %, torpaq vergisi üzvə 11,5 %, sadələşdirilmiş vergi üzrə isə 10,1 % artıb.

Xatırladaq ki, 9 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 64,5% çoxdur. Daxilolmaların 6 milyard 222 milyon manat qeyri-neft sektorunun payına düşüb ki, bu da illik müqayisədə 32,2 % çoxdur.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv