!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mikayıl Güləddinoğlu: ”Sənətkarı o müğənnilərlə eyni verilişə çağırmıram”

!Reklam – Yazi

“Sənətkarı heç vaxt trenddə olan müğənni ilə eyni vaxtda bir ortama gətirmirəm. Bunun da səbəbi var”.

Bunu Yenicag.az-a açıqlamasında aparıcı Miikayıl Güləddinoğlu deyib.

O, sənəti olan müğənni ilə mahnıları trend olan sənətçiləri eyni verilişə dəvət etmədiiyni bildirib:

“Bir var sənətkar, bir də var gündəmdə olan müğənnilər. O müğənnilər ki gündəmdədir, mahnıları trenddir. Sənətkarları verilişə dəvət edəndə həmişə bu məqama xüsusi diqqət etmişəm. Heç vaxt sənətkarla populyar, amma sənətkar olmayanları bir ortama gətirməmişəm. Eləcə də digər populyar olan müğənniləri də verilişə dəvət edəndə bunu nəzərə alıram. Çünki sənətkarın sənətkar yeri var. Heç vaxt da elə bir məqam yaşanmayıb ki, verilişimə dəvət etdiyim hansısa populyar müğənnini tərifləyim, yuxarı başa keçirim, sənətkar da qalsın bir qıraqda. Məni tanıyanlar bunu yaxşı bilir”.

Aparıcı həmin sənətkarların da o cür müğənnilərlə eyni verilişdə olmaq istəmədiklərini deyib:

“Çalışıram hər kəsi özünə uyğun qonaqla dəvət edim. Çünki sənətkar özü də buna görə narahat olur”.

Cəvahir

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv