İranın İsfahan vilayətində sərnişin mikroavtobusu dərəyə aşıb.
Yenicag.az xəbər verir ki, bunu İranın İsfahan vilayəti yol polis rəisinin əvəzi polkovnik Əsgər Zare deyib.
Ə.Zare bildirib ki, hadisə Buyin Miyandəşt-Xansar yolunda baş verib:
“Mikroavtobusun aşması nəticəsində 11 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.”
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az