!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikroavtobusla minik avtomobili toqquşdu - Xəsarət alanlar var

!Reklam – Yazi

Ağdaş-Mingəçevir marşrutu üzrə fəaliyyət göstərən mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

Yenicag.az xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaşdan Mingəçevirə sərnişin daşıyan “QAZel” markalı mikroavtobus digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Ağdaş rayon sakinləri, 2001-ci il təvəllüdlü E.Əhmədova və onun həmyaşıdı A.Musayeva xəsarət alıblar.

Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv