!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Milis rəisi, mollaxana şagirdi, dərviş... – Xalq artistinin doğum günüdür

!Reklam – Yazi

“Bəxt üzüyü” filmində milis rəisi, “Dəli kür”də mollaxana şagirdi, məşhur televiziya tamaşaları – “Bala-başa bəla”da İzzət, “Ac həriflər”də dərviş, çarşaflı qadın, qarodovoy, “Ordan-burdan”da Salman bəy… Və daha neçə-neçə ekran işlərində yaratdığı yaddaqalan obrazlarla tamaşaçı qəlbini fəth etdi. Milli kinomuzda və eləcə də teletamaşalarda daha çox rollara can verə bilərdi. Amma yaradıcılığını pedoqoji fəaliyyətlə əvəzləməsəydi. Özü də ölkə xaricində 1995-ci ildə dərs demək üçün Türkiyə Cumhuriyyətinə dəvət olunan aktyor hazırda qardaş ölkənin Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının səhnə sənətləri kafedrasının professorudur. Neçə-neçə yetirmələri var ki, səsləri dünyanın hər tərəfindən gəlir.

Xalq artisti, tanınmış rejissor və aktyor Cahangir Zeynalovu təsadüfən xatırlamadıq. Bu gün onun doğum günüdür.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alsa da, əsl sənət məktəbini evində keçmişdi. Nəsibə Zeynalova kimi görkəmli sənətkarın əlindən su içən aktyorun Azərbaycandan getməsinin də elə əsl səbəbi anası ilə bağlı idi.

C.Zeynalov 90-cı illərin ortalarında xəstəliklə mübarizə aparan anasının – Nəsibə xanımın müalicə xərclərini qarşılamaq üçün Türkiyədən gələn iş təklifinə yox deməmişdi:

“Atam dünyasını dəyişəndən sonra anam çox ağır stress keçirdi və iflic oldu. Onun dərman və yaşam xərclərini qarşılamaq üçün Türkiyəyə işləməyə getdim. İmkanım, savadım, bacarığım olub, atamdan sonra anamı 10 il yaşada bilmişəm. Əslində mən həyat yoldaşımla ora 3, ya da 5 illiyə getmişdik. Sonradan vəziyyət dəyişdi, qalası olduq”.

Bu gün də tamaşaçılar ürəyi Azərbaycanla döyünən Xalq artistindən maraqlı, rəngarəng obrazlar gözləyir. Əslində teatr və kino ilə bağlı yeni ideyalarını gerçəkləşdirmək istəyində olan Cahangir Zeynalov özü də bu arzu ilə yaşadığını etiraf edib. Elə biz də 69 yaşını tamamlayan sənətkarımızıl 70 yaşında çəkiliş meydançasında təbrik etməyi arzulayırıq.

Cəvahir

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv