!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət Vəkili Fazil Mustafa “Çölçü” İB-nin sədri ilə görüşdü

!Reklam – Yazi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr əvəzi Fazil Mustafa “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimayi Birliyinin sədri, “Qafqaz”TV-nin direktoru Eltən Qədimbəyli ilə görüşüb. 

Eltən Qədimbəyli “Çölçü” İB-nin milli mədəni irsin inkişafı və qorunması istiqamətində gördüyü işlərdən və bu işlərin rəhbərlik etdiyi “Qafqaz”TV-də geniş işıqlandırılaraq təbliğ edildiyindən danışıb. Vurğulanıb ki, keçirirlən tədbirlər çərçivəsində yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi yönündə işlər görülüb. Qeyd edilib ki, görülən işlər gənc nəslin vətənimizə, dövlətimizə, tariximizə, gələnəklərimizə, doğamıza sayğı, gələcəyimizə inam ruhunda böyüməsi məqsədi daşıyır.

O, “Çölçü” İB tərəfindən gənclər arasında milli oyunlarımızın, geyimlərimizin, idman növlərimizin, musiqimizin, qədim sənət örnəklərimizin, ədəbiyyatımızın, ümumən mədəniyyətimizin təbliğ-tərənnümünə, gənc nəslin sağlam bədən və sağlam ruhda böyüməsinə xidmət edən tədbirlər təşkil edildiyindən danışıb.

 

Fazil Mustafa “Çölçü” İB-nin milli mədəni irsimizin inkişafı və qorunması, dirçəldilməsi yönündə gördüyü işləri yüksək qiymətləndirərək, görülən işlərin davamlılığını diləyib, tövsiyyələrini verib. Bildirilib ki, “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyi və “Qafqaz” TV- rəhbərliyi ilə görüş-müzakirələr gələcəkdə də davam edəcək.

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv