!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millət vəkili "Qarabağ"ın dünənki performansı haqda: "Yeni futbolçular kollektivə alışa bilməyiblər"

!Reklam – Yazi

“Qarabağ” növbəti mərhələyə çıxacaq”.

Bunu Ağdam təmsilçisinin Belçika “Gent”inə UEFA Konfrans Liqasının pley-off mərhələsində qalib gəlməsini və “Qarabağ”ın növbəti mərhələyə çıxma şansını dəyərləndirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Aqil Abbas bildirib ki, “Qarabağ”ın qələbə qazanacağı ilə bağlı proqnozu özünü doğruldub:

“İlk oyun barədə demişdim ki, “Qarabağ” qalib gələcək. Qurban Qurbanova da, “köhlən atlara” da inanıram. Qalib də gəldi. Gözəl də oynadılar. Düzdür, rəqib çox güclü idi. Xüsusən ikinci hissə daha gözəl oynadıq və “Gent” üzərində qələbə əldə etdik.

Bu mərhələni keçəcəyimizə inanıram. Yeni gələn futbolçular kollektivə alışa bilməyiblər. Onlar da adaptasiya olsalar, daha çox uğur qazanmaq olar.

UEFA Konfrans Liqasında medal qazanmaq bizim arzumuzdur. Ancaq çətin məsələdir. Arzulayıram ki, kuboku da biz qazanarıq. Arzu pis şey deyil”.

Səxavət Məmməd

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv