!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilindən HƏYƏCAN TƏBİLİ: “Bakıdakı HDP-liləri nəzarətə götürmək lazımdır” - Sabir Rüstəmxanlı

!Reklam – Yazi

Terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin Azərbaycanda kök atması faktı Milli Məclis tribunasından ifadə edildi.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün baş tutan iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı terrorçu PKK-nın siyasi qanadı hesab olunan Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Azərbaycanda aktivləşdiyini bildirib.

Millət vəkilinin sözlərinə görə, Türkiyədə mayın 14-də keçiriləcək president və parlament seçkiləri çərçivəsində qardaş ölkənin vətəndaşları üçün Azərbaycanda təşkil olunan səsvermə də göstərdi ki, ölkəmizdə əl-qol açan HDP-lilərin nəzarətə götürülməsi zəruridir.

Sabir Rüstəmxanlı qeyd edib ki, terrorçu PKK-nın uzantısı olan HDP Türkiyənin strateji müttəfiqi olan Azərbaycandakı səsvermədə ilk iki yerdən birini tutursa, bu ciddi siqnaldır.

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv