!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilindən SƏRT SÖZLƏR: "Şuşada müğənni, şair tanıtımını..."

!Reklam – Yazi

“Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir “Difai” hərəkatına və yaxud ideyasına zərurət var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Şuşada Molla Pənah Vaqifə yeni abidə ucaldılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafa Şuşa qəhrəmanlarının ön plana çıxarılmasının vacibliyini vurğulayıb:

“Məlumat yaylıb ki, Şuşada Vaqifin əzəmətli abidəsi qoyulur. Vaqif dilimizin şirinliyini yaşadan şairdir, gözəl ədəbi irs qoyub. Onun xatirəsinə böyük bir məqbərə də ucaldılıb və işğaldan sonra əla təmir olunub. Vaqif poeziya günlərinin bərpası da müsbət bir addımdır. Ancaq fikrimcə, Şuşada dahi Üzeyir bəy istisna olmaqla, artıq bu müğənni, şair tanıtımını bir az arxada saxlamaq lazım. Daha çox dövlət xadimi, mütəfəkkir, hərb qəhrəmanlarının adını qabartmaq lazım. Qoy Şuşa olsun Pənahəli xan, İbrahim xan, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov kimi şəxsiyyətlərin adı ilə bağlı məkan. Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış “Difai” təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun Xankəndiyə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydır. Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir “Difai’ hərəkatına və yaxud ideyasına zərurət var. O cümlədən Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı. Yəni Şuşa Qarabağda bizim siyasi və hərbi hakimiyyətin mərkəzi olduğuna görə məhz bu atributların qabardılması vacibdir. Sonra dünya düzələr, ermənilər ram olar, o halda yavaş -yavaş Vaqifin şux gözəli istədiyi qədər Natəvanın qəzəlini zümzümə edər”.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv