!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilinin oğlu ABŞ-də Masallı adında şirkət açdı

!Reklam – Yazi

 

“Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydı alınıb.

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Qeyd edək ki, Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb. Məmməd Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən “Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.

Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv