!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilinin qaz limitləri ilə bağlı iradına “Azəriqaz”dan CAVAB: "Bu sayğaclardan istifadə edən abonentlər..."

!Reklam – Yazi

“Vüqar Bayramov sayğı göstərdiyimiz deputatlardan biridir. Lakin onun bugünkü çıxışı tam olaraq həqiqət deyil”.

Bunu deputat Vüqar Bayramovun “il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanmalıdır” açıqlamasına cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Şöbə rəisi limitlərin sıfırlanması məsələsinə aydınlıq gətirib:

“Azərbaycanda 2 milyon 400-ün üzərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin abonenti var. Bunlardan bir milyona yaxını smartkart tipli sayğacdan istifadə edən abonentlərdir. Bu o deməkdir ki, smartkart tipli sayğacdan istifadə edən abonentlərin limiti hər il dekabrın 31-dən 1-ə keçən gecə avtomatik olaraq sıfırlanır. Yerdə qalan bir milyon 400 min civarında olan abonentin – sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin də limitlərinin sıfırlanması prosesi yanvarın 10-a qədər bitir. Yəni il əgər 365 gündürsə, mexaniki sayğacdan istifadə edən abonentlərin bir ili növbəti il yanvarın 10-a hesablanır. Yəni burada o demək deyil ki, kütləvi olaraq bütün mexaniki sayğacdan istifadə edənlər yanvarın 10-da sıfırlanır. Yox yanvarın 1-dən bu proses baş verir və yanarın 10-dək tamamlanır. Mexaniki sayğacların daha ağıllı sayğaclarla əvəzlənməsi prosesi üzərində iş gedir. Həmin saycaların üzərinə xüsusi cihazlar quraşdırılacaq və həmin o cihazlar vasitəsi ilə limitlər də avtomatik olaraq sıfırlanacaq, onlayn ödəniş də mümkün olacaq. Eyni zamanda debitor borcun öyrənilməsi, ödəniş olmadığı təqdirdə avtomatik olaraq qaz təchizatının dayandırılması, bərpası avtomatik olaraq həyata keçiriləcək. Belə bir məsələ də millət vəkilimizi də narahat edəcək mövzular sırasında olmayacaq”.

Qeyd edək ki, deputat Vüqar Bayramov çıxışında belə bir fikir səsləndirib:

“Xatırladım ki, 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubandı. Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İB tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin. Çünki, bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir və limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə görə daha yüksək ödəniş etməli olurlar”.

Cəvahir

www.yenicag.az

2663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv