!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Millətin iradəsinə əsaslanan Konstitusiya qəbul edilməlidir” – Vitse-prezidentdən ANONS

!Reklam – Yazi

“Bu məsələdə konkretliyin yaranması üçün müxalifət daxilindəki hesablaşmaların bitməsini gözləmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə yeni Konstitusiyanın hazırlanması məsələsəni dəyərləndirən Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber” kanalına hazırda davam edən canlı müsahibəsində deyib .

Onun sözlərinə görə, ölkədə yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi zəruridir:

“Bu məsələ daha əvvəl də müzakirə edilmişdi. Bildirmişdik ki, müxalifət də yeni Konstitusiya ilə bağlı öz təkliflərini hazırlasın və ondan sonra baxışlarımızı ümumiləşdirək. Ancaq geridə qalan müddətdə bu məsələ ətrafında uzlaşma olmadı.

Bildiyiniz kimi, müəyyən dəyişikliklərə baxmayaraq, hazırda qüvvədə olan Əsas Qanun 1981-ci ildə – çevrilişdən qəbul edilib. Artıq millətin iradəsinə əsaslanan Konstitusiya qəbul edilməlidir və bunun baş verəcəyinə inanırıq.

Bir daha deyirəm, bu məsələdə müxalifətin təklif və yanaşmalarına açıq olacağıq. Mövqelər üst-üstə düşəcəksə, uzlaşma niyə olmasın? Bu prosesin 2023-cü ildə başladılacağı haqda indidən qəti fikir söyləmək çətindir.

Gözləyək, yeni Məclis özü işinə başlasın və eyni zamanda müxalifət daxilindəki hesablaşmaların bitməsini gözləmək lazımdır. İnşallah, məsələ aktuallaşanda, gedişatın necə olacağını birlikdə görəcəyik”.

A.Zeynalov

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv