!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli geyimlərimiz Vyanada təqdim olundu- VİDEO/FOTO

!Reklam – Yazi

Sentyabrın 17-dən 24-dək Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” adlı mədəniyyət həftəsi keçirilir. Sayca 6-cı dəfə təşkil edilən silsilə tədbirlərdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də tərəfdaş qismində iştirak edir.

Yenicag.az xəbər verir ki, sentyabrın 22-də Vyana Şəhər Bələdiyyəsinin Qızıl Salonunda “Dünyanın geyimləri“ adlı dəfilə təşkil edilib və dəfilədə 40-dan artıq ölkənin milli geyimləri təqdim olunub.

Moda sərgisində “Bakı Milli Geyim Evi”nin rəhbəri Könül Vəlibəylinin müəllifi olduğu Azərbaycan milli geyimləri nümayiş olunub və milli geyimlərin xüsusiyyətləri barədə tamaşaçılara məlumat verilib.

Bildirilib ki, təqdim olunan Azərbaycanın müxtəlif regionlarına xas geyimlərin tarixi XVII-XVIII əsrə gedib çıxır. “Şuşa İli”nə (2022-ci il) ithaf olunan Qarabağ geyimləri, xarıbülbül motivi ilə hazırlanmış müxtəlif yaş qrupları üçün geyimlər xüsusi maraqla qarşılanıb.

Açılışı Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan silsilə tədbirlər

çərçivəsində Azərbaycan musiqisi, plenar iclas, rəsm sərgisi, sənədli filmlər və digər mədəniyyət nümunələri təqdim olunur./Azərtac

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv