!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli intibahını yüksəlt, dostunu, düşmənini tanı!

!Reklam – Yazi

Azərbaycan Yüksəliş Partiyası cümhuriyyətimizin qurucusu Məhəmmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar “Rəsulzadə və çağdaş Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirib.

Tədbiri giriş sözü ilə açan AY Partiya Gənclər Təşkilatının sədri Nurel Kərim Rəsulzadənin həyat yolu haqqında qısa məlumat verib.

Daha sonra çıxış edən sabiq səfir və millət vəkili, tarix elmləri doktoru, professor Nəsib Nəsibli yanvarın Rəsulzadə ayı olduğunu bildirib. O, Rəsulzadənin cümhuriyyətlə bağlı fikirləri əmələ çevirdiyini deyib: “Rəsulzadə millətləşmə dönəmindəki qurucu babalarımızdan ən birincisidir. Məhəmməd Əmin artıq millətin malıdır, millətin dəyəridir. Rəsulzadə deyirdi ki, milli intibahını yüksəlt, dostunu, düşmənini tanı”.

Tarixçi, Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin araşdırmaçılarından olan Boran Əzizli Məhəmməd Əminin gəncliyə xüsusi önəm verdiyini vurğulayaraq, bu tipli tədbirlərin vacib olduğunu diqqətə çatdırıb: “Rəsulzadə tariximizdə ilk dəfə milli dövləti quranlardan biridir. Məhəmməd Əmin və silahdaşları heç nə etməsəydilər belə, sadəcə qurduqları cümhuriyyətə görə onları hər zaman minnətdarlıqla yad etməliyik”.

AMEA Folklor İnstitutunun bölmə rəhbəri Əli Şamil isə çıxışında gənclərin üsyankar olduğunu bildirib, Rəsulzadəni bu qədər sevən gəncliyin varlığına sevindiyini deyib: “Mən araşdırdıqca Rəsulzadənin siyasətlə yanaşı, ədəbiyyata, aşıq sənətinə xüsusi diqqət yetirdiyini gördüm. O, çox böyük klassik şairlərin əsərlərini tərcümə edib. Çox təəssüf ki, mən Rəsulzadənin imzasını tapa bilmədiyim üçün 10-12 ildir, topladığım materialları çap etdirə bilmirəm. İnanıram ki, bu gənclik onu tapacaq”.

Daha sonra Məhəmməd Əminin nəvəsi, görkəmli ziyalı Rais Rəsulzadə çıxış edərək, bu günün əslində bayram olduğunu deyib:

“Rəsulzadə və onun kimi böyük şəxslərin doğum günləri bayram kimi qeyd olunmalıdır. Məhəmməd Əmin gəncliyə çox önəm verirdi. Məhəmməd Əmin bu dövlətin, cümhuriyyətin qurucusudur”.

AY Partiya Başqanı Anar Əsədli isə Azərbaycanda əksər siyasi partiyaların yaranan zaman Rəsulzadənin fikirlərinə müraciət etdiyini diqqətə çatdırıb: “Bizim tarixən fikir babalarımız olub. Rəsulzadə bu fikirləri əmələ çevirdi. O, elə bir ideologiya ortaya qoydu ki, 100 il sonra da bu ideologiyaya ehtiyac duyulur. Hazırda ölkənin ən ağrılı yerlərindən biri insanların siyasətə, seçkiyə etinasızlığıdır. 100 il öncə də bu problem vardı. Rəsulzadə insanları seçkiyə, səsverməyə çağıraraq, deyirdi: “Hər kəs dərk ediyorsa ki, bütün cəmaətlə bərabər öz ailəsinin həyatı da bu bələdiyyə seçkilərinə bağlıdır, o halda qeydsizlik, başısoyuqluq etməyib, çalışmalı, getməli, bilməli, özünü siyasıya qeyd etməlidir. Yoxsa adı qələmdən düşər. Adının qələmdən düşməsi ilə həqqi də əlindən alınar. Bir həqq ki, qanlar bahasına alınmış, bir həqq ki qanlı mübarimzə ilə əldə edilmişdir. Millətdaşlar, çalışınız, həqqiniz itməsin!” Bu biganəlik indi də var”.

Sonra gənclər – yazıçı-publisist Allahverdi Həsənov, Bakı Dövlət Universitetinin tələbələri Fərid Həbibli, Ayxan Zayıdzadənin çıxışları, qiraətçi Məhəmməd Qulamovun səsləndirdiyi şeirlər dinlənib.

Tədbirin diskussiya hissəsi başa çatdıqdan sonra gənc solist Xasay Şıxıyevin ifasında “Ey vətən”, Raul İsmayıllının ifasında “Çırpınırdı Qara dəniz” mahnıları səsləndirilib.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv