Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsindəki ilk rəqibi Kosovo ilə oyuna hazırlığı yekunlaşdırıb.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı millimiz bu gün “Azərsun Arena”da həlledici məşqə çıxıb.
Qeyd edək ki, Azərbaycan – Kosovo matçı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.