!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Milli komandaya yubanan məşqçi TƏYİNATI: “Mövcud potensialı tam açmaq üçün…”

!Reklam – Yazi

 

“Futbol cemeəsinin insanları olaraq, hamımız milli komandamızın irəli gedərək daha yaxşı nəticələr əldə etməsini istəyirik”.

Bu fikirləri Azərbaycan Milli komandasının son keçirdiyi yoldaşlıq oyunları və komandanın potensialı haqda danışan millinin sabiq futbolçusu Əfran İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, milli komandanın potensialını açması üçün keyfiyyətli baş məşqçiyə ehtiyacı var:

“Monqolustanla olan matçda rəqib 11 nəfərlə tam müdafiə olunurdu. Əsas vaxtda çox sayda şansımız olsa da, artırılmış əlavə vaxtda qol vura bildik. Fikrimcə, o bir qol vurulmasaydı, vəziyyət daha acınacaqlı ola bilərdi.

Bolqarıstanla matçda rəqibdən üstün idik. Oyunda qol buraxdıqdan sonra komandamız dördlü müdafiəyə keçdi və rahat şəkildə futbol oynayaraq, qol vura bildi. Lakin vaxt azaldığına görə qələbə qolunu vurmaq mümkün olmadı.

Hazırda milli komandanın potensialını yaxşı qiymətləndirirəm. Komandada keyfiyyətli oyunçular var. Lakin o potensialı açmaq üçün keyfiyyətli baş məşqçi lazımdır. Futbol cemeəsinin insanları olaraq, hamımız milli komandamızın irəli gedərək daha yaxşı nəticələr əldə etməsini istəyirik”.

Əfran İsmayılov hesab edir ki, milli komandaya yerli baş məşqçinin gətirilməsi daha məqsədəuyğundur:

“Milli komandaya baş məşqçi seçimində yerli məşqçiyə üstünlük verilməsinin tərəfdarıyam. Çünki azərbaycanlı məşqçilər bizim mentaliteti daha yaxşı bilir və oyunçuların imkanlarına bələddirlər. Lakin xarici məşqçinin gətirilməsi ilə millimiz daha da inkişaf edəcəksə, o zaman əcnəbi mütəxəssis üzərində də dayanmaq olar”.

İsmayıl Bakuvi

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv