www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

imagesMilli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında Azərbaycanın bir sıra hökumətlərlə bağladığı sazişlər təsdiqlənib.

Məlumata görə, bunlar “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumu, “Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Saziş, “Azərbaycan Respublikasının Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayaınmanın qarşısının alınması haqqında” Konvensiya və onun protokolu, “Azərbaycan Respublikasının Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya və onun protokolu, “Azərbaycan Respublikası ilə QİÇS,Vərəm, və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” çərçivə sazişi haqqında” qanun layihələridir.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."