Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olundu

Reklam: High Technic

Sabah Slovakiyanın paytaxtı Bratislavada ATƏT PA-nın Büro iclası və ATƏT-in Nazirlər Şurasının iclası keçiriləcək.

Yenicag.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti sabahkı iclasa qatılmayacaq: “Bildiyiniz kimi, dünən-dekabrın 2-də Milli Məclisdə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərar qəbul edilib və bununla bağlı ölkə başçısına müraciət edilib. Cənab Prezident isə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Sabah isə həmin müraciətlə bağlı Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bütün bunlar isə əsas verir ki, xarici səfərlərimizi təxirə salaq və ölkənin əsas gündəmi olan seçkilər və digər məsələlərlə məşğul olaq. Bu, normal bir praktikadır və dünyanın hər bir yerində parlament buraxıldığı təqdirdə parlament üzvlərinin birbaşa daxili siyasətə fokslaşması, seçkilərlə bağlı məsələlərlə məşğul olması normal haldır”.

Loading...

www.yenicag.az

715