!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis ətrafında YENİ QALMAQAL: “Erkin Qədirlinin digər deputatlarla bağlı o fikrini...” – MSK üzvü

!Reklam – Yazi

“Seçki prosesində onun təyin etdiyi müşahidəçiləri, vəkilləri, səlahiyyətli nümayəndələri olub”.

Bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirlinin parlamentin tərkibinin demokratik seçki yolu ilə formalaşdırılmasını şübhə altına almasına münasibət bildirən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Almas Qəhrəmanlı Yenicag.az-a açıqlamasında deyib.

MSK üzvünün sözlərinə görə, Erkin Qədirlinin digər deputatların seçildiyinin demokratik olmasını şübhə altına alması qəbuledilməzdir:

“Erkin Qədirli bu fikirləri özü haqqında deyə bilər. Onun özü də Yasamal rayonundan namizəd olub və seçilib. Seçki prosesində onun təyin etdiyi müşahidəçiləri, vəkilləri, səlahiyyətli nümayəndələri olub. Bildiyim qədər, seçki prosesini özü də izləyib.

O özü barəsində nə deyirsə, özü bilər. Amma Erkin Qədirlinin digər deputatlarla bağlı o fikrini qəbul etmirəm. Seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir. Dairə və məntəqə seçki komissiyaları MSK-nın iş prinsiplərinə, müvafiq qanunun tələblərinə uyğun olaraq, seçkini keçirirlər.

Yəni onun digər deputatların seçildiyinin demokratik olmasını şübhə altına almasını qəbul etmirəm”.

A.Zeynalov

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv