!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdi

!Reklam – Yazi

Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul edib. 

 

Yenicag.az xəbər verir ki, bəyannaməni Milli Məclisin deputatı Ramin Məmmədov oxuyub.

Bəyanatda deyilir:

“Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə bir daha çağırır. 30 ildi işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır. Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımlar hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcairdə bir milyondan insan Fransa tərəfindən qətl edilib. Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcəzairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən xalqlardan biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur.

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv