Parlamentin yaz sessiyası çərçivəsində sonuncu plenar iclası başa çatıb.
Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə olunaraq qəbul edilib.
Bununla da Milli Məclisin 2019-cu il yaz sessiyası öz işini yekunlaşdırıb. Lakin iyun ayında parlamentin bir neçə növbədənkənar iclasının keçiriləcəyi gözlənilir.