Milli Məclisdə “ağlabatan” ifadəsinə etiraz

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputatlar yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsindəki “ağlabatan” ifadə isə bağlı narazılıq ediblər.

Yenicag.az-ın xəbərinə görə, deputat Rafiq Məmmədhəsənov deyib ki, bu sözü digəri ilə əvəz etmək lazımdır: “Ağlabatan, ağlabatmayan… Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb…Bu, düzgün deyil”.

Deputat Aytən Mustafayeva da bu ifadəyə etirazını bildirib: “Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürür”.

Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: “Bu gün leksikonumuza daxil olan elə sözlər var ki, onları başqa cür ifadə etməyə çətinlik çəkirik. “Tormoz” sözünü “Əyləc” sözü ilə necə əvəz etdiksə, zamanla bunları da dəyişəcəyik”./Report/

COP29