Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.
Yenicag.az-ın xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.
Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.