!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Məclisdə indi də elə adamlar var ki, Ramiz Mehdiyev olmasaydı, onlar heç vaxt...” – Partiya sədri

!Reklam – Yazi

“Partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinə görə “avtobus müxalifəti” ifadəsini işlətmək qərəzdən başqa bir şey deyil”.

Bu fikirləri Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postundan istefa verməsindən sonra onun ölkə həyatının müxtəlif sahələrinə təsirlərinin aradan qalxması imkanlarını dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indi Ramiz Mehdiyevi tənqid edənlər sırasında buna haqqı çatanlarla yanaşı, onun özünün yetişdirdiyi şəxslərin olması çox düşündürücü haldır:

“AMEA-nın keçən həftə Ramiz Mehdiyevlə bağlı yaydığı bəyanatda Milli Məclis və müxalifətlə bağlı deyilən fikirlərlə razılaşmadığımı demişdim və buna cavab yazacağımı bildirmişdim. O cavabım artıq dərc olunub.

Yenə deyirəm, adı seçki saxtakarlığında hallanan şəxsin buna görə başqalarını ittiham etməsi absurddur. O cümlədən, partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinə görə “avtobus müxalifəti” ifadəsini işlətmək qərəzdən başqa bir şey deyil. Amma artıq istefa verib və yəqin ki, daha öz işləri ilə məşğul olar.

Amma bu günlərdə müşahidə edilənlər çox maraqlıdır. Ramiz Mehdiyevi tənqid edənlərin arasında buna haqqı və əsası olan xeyli insan var. Bununla belə, onu tənqid edənlərə baxanda görürük ki, aralarında Mehdiyevin yetişdirdiyi, məqam verdiyi adamlar da az deyil. Hətta Milli Məclisdə indi də elə adamlar var ki, Ramiz Mehdiyev olmasaydı, onlar heç vaxt deputat ola bilməzdilər. Bütün bunlar düşündürücü məqamlardır”.

A.Zeynalov

www.yenicag.az

2297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv