!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə kadr islahatları: YENİ TƏYİNATLAR - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi, iqtisadi, sosial, institusional islahatlar, yeni sosial-iqtisadi və mənəvi mühitin formalaşması ölkəmizin dinamik inkişafının mühüm komponentlərindın birinə çevrilib.

Yenicag.az xəbər verir ki, bu islahatların mühüm istiqamətlərindən biri də idarəetmənin daha da təkmilləşdirilməsi məqsədi ilə kadr islahatlarının həyata keçirilməsidir. Bacarıqlı, istedadlı kadrların irəli çəkilməsi, gənclərə özlərini təsdiq etmək üçün geniş imkanların yaradılması zamanın dəyişən tələblərinə, dövrün yeni çağırışlarına uyğun olmaqla, idarəetmənin daha da təkmilləşdirilməsinə imkan verir, eyni zamanda, ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verir.

Məlumdur ki, altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan, Prezident İlham Əliyevin həyatın bütün sahələrində apardığı dərin islahatlara dəstək verməklə yanaşı, özü də bu proseslərdə fəal iştirak edir. Ölkəmizdə həyata keçirilən institusional və kadr islahatlarının ruhuna uyğun olaraq, parlamentdə də müvafiq tədbirlər görülür. Belə ki, ötən iki il ərzində Milli Məclis aparatında geniş struktur və kadr islahatları həyata keçirilmişdir. Parlament aparatının fəaliyyətinin təkmilləşdirilməsi və daha çevik və səmərəli fəaliyyətin təmin olunması məqsədilə yeni struktur bölmələri yaradılmışdır. Buna paralel olaraq, geniş kadr islahatları aparılmış, uzun müddət parlament Aparatında çalışmış təcrübəli əməkdaşlar qulluqda irəli çəkilmişlər. Ölkəmizdə gənclərin mühüm dövlət vəzifələrinə təyin olunması ilə bağlı tədbirlərə uyğun olaraq, Milli Məclis aparatında da müvafiq addımlar atılmış, bacarıqlı, müasir dünyagörüşünə malik gənclər parlament aparatında yüksək vəzifələrə təyin olunmuşlar. Uzun müddət Milli Məclisin komitələrində ekspert çalışan şəxlərə yüksək etimad göstərilmiş, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifəsinə keçirilib. Şəhid anasının, Vətən müharibəsi qazisinin Milli Məclisdə işə götürülməsi də geniş ictimaiyyət tərəfindən təqdir olunub.

Bu günlərdə isə Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.

Qeyd edək ki, Milli Məclis Sədrinin sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışır. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.

Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir.

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Göründüyü kimi, yuxarıda adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir.

Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. Son olaraq isə Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub.

İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunmuşlar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilmişdir. Bütün bunlar Milli Məclisdə qadınlara göstərilən etimadın və onlar üçün yaradılan imkanın təzahürüdür. Qadınların dövlət qulluğunda irəli çəkilməsi, dövlət idarəçiliyində onlara geniş meydan verilməsi aparılan dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv