!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçirilir

!Reklam – Yazi

Bu gün Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilir.

Yenicag.az xəbər verir ki, dinləmədə Qərbi Azərbaycanın rəhbərliyi, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak edirlər.

Toplantıda çıxış edən komitə sədri Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevə Qərbi Azərbaycan mövzusuna verdiyi önəmə görə minnətdarlıq edib:

“Bu il 100 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırıq. Qərbi Azərbaycana qayıdışla bağlı xalqla dövlətin birliyinə görə biz Heydər Əliyevin bu məsələdəki mövqeyinə borcluyuq. Biz yaxşı bilirik ki, tarixi- mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək”.

Dinləmə çıxışlarla davam edir./report/

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv