“Milli Məclisin buraxılması təşəbbüsü islahatların tərkib hissəsidir” – Keçmiş dövlət müşaviri

“Yeni parlament daha peşəkar, daha verimli işləməli və islahatlara cavab verməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə prezident İlham Əliyevə müraciətini dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli bu təşəbbüsü ölkədə aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirib:

“Ölkədə kadr islahatları aparılır. Bu kadr islahatlarının ana mənbəyini kadr korpusunun cavanlaşdırılması, çevik və peşəkar insanlarla əvəzedilməsi təşkil edir.

Parlamentdə kifayət qədər yaşlanmış adamlar var. Lap elə müəyyən ortaa yaşlı nəslin nümayəndələri də parlamentdə kifayət qədər aktiv təmsil olunmurdular.

Parlamentin yenilənməsi ölkədə kadr və struktur islahatlarının aparılmasında önəmli rol oynaya bilər. Yeni parlament daha peşəkar, daha verimli işləməli və islahatlara cavab verməlidir”.

Aqil Bəkir

COP29