!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin deputatı İndoneziyada keçirilən iclasda iştirak etdi - FOTO

!Reklam – Yazi

Milli Məclisin deputatı Kamran Bayramov Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasının (AİPA) avqustun 6-dan 10-dək İndoneziyanın Cakarta şəhərində keçirilən 44-cü yığıncağında iştirak edib.

Yenicag.az xəbər verir ki, deputat yığıncağa ev sahibliyi edən İndoneziya parlamentinin nümayəndələr palatasının sədri Puan Maharani ilə görüşüb, ona Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb, tədbirə edilmiş dəvətə görə təşəkkürünü bildirib.

Assambleyanın plenar iclasına qatılan Kamran Bayramov çıxış edərək Milli Məclisin ötən ilin oktyabr ayından AİPA-da müşahidəçi qismində təmsil olunduğu müddət ərzində Assambleyanın üzvü olan parlamentlərlə əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlər barədə məlumat verib, tədbir iştirakçılarını Cənubi Qafqazda cərəyan edən hadisələr, o cümlədən Ermənistanla münasibətlərin normallaşdırılması, ölkəmizin Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası, bu prosesdə Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları barədə məlumatlandırıb.

Yığıncaq çərçivəsində Kamran Bayramov “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçirilən Azərbaycan-AİPA dialoqu panelində iştirak edib, ölkəmizin BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirakından, verdiyi töhfələrdən və əldə etdiyi uğurlardan bəhs edib, panel iştirakçıları ilə AİPA-nın üzvü olan parlamentlərlə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib, ölkəmizlə bağlı onların çoxsaylı suallarını cavablandırıb.

Bundan başqa, K.Bayramovun yığıncaqda iştirak edən Vyetnam nümayəndə heyətinin rəhbəri, həmin ölkənin parlamentinin xarici əlaqələr komitəsinin sədri Vu Hay Ha ilə görüşü keçirilib, parlamentlərimiz arasında mövcud olan əməkdaşlıqdan, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətindən və dəstəyindən məmnunluq ifadə olunub, gələcək perspektivlər və planlar geniş müzakirə edilib.

Tədbir zamanı Kamran Bayramov nüfuzlu “CNN Indonesia” televiziya kanalına Azərbaycan və İndoneziya arasında əlaqələr, Milli Məclisin AİPA-nın üzv parlamentləri ilə əməkdaşlığı, Cənubi Qafqaz regionunda hazırkı vəziyyət ilə bağlı müsahibə verib.

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv