!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin komitə sədrlərinə yeni "Mercedes"lər verildi - FOTO

!Reklam – Yazi

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

Yenicag.az-ın “Report”a istinadən xəbərinə görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

 

  • Milli Məclisin komitə sədrlərinə yeni "Mercedes"lər verildi - FOTO

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv