!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

!Reklam – Yazi

Milli Məclisin yaz sessiyasının martın 4-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, toplantının gündəliyinə 11 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş).

5. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv