Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Yenicag.az-ın məlumatına görə, oktyabrın 22-də keçiriləcək iclasın gündəliyinə 23 məsələ daxil edilib.
Bunlar “Standartlaşdırma haqqında”, “Məşğulluq haqqında”, “Kinematoqrafiya haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” və s. qanunlara, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.