Milli Məclisin transseksual deputatı – FOTOLAR

Uruqvayın Kommunist Partiyasından millət vəkili olan Mişelle Suarez ölkənin ilk transseksual senatoru olub.

Yenicag.az xəbər verir ki, o, ilk çıxışı zamanı Latın Amerikası ölkəsində transseksual insanların hüquqlarını qoruyacağına dair and içib.

Vəkil və aktivist olan 34 yaşlı Suarez, eyni zamanda 3,3 milyon əhalisi olan ölkənin hüquq diplomunu alan ilk transseksualıdır.

Qeyd edək ki, Mişelle Suarezin daha əvvəl eynicinslilərin evliliyini təsdiqləyən qanunun qüvvəyə minməsində xüsusi rolu olub.

Xatırladaq ki, 2013-cü ildən Uruqvayda eynicinslilərin evliliyinə icazə verilir.