Milli Məclisin xüsusi iclası keçiriləcək

Mayın 10-da Milli Məclisin xüsusi iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün keçirilən plenar iclasda birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

“Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyidir, bununla bağlı Milli Məclisin iclası olacaq”, – deyə o qeyd edib.