!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO/VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirin başlanğıcında açılış nitqi ilə çıxış edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan mətbuatına böyük diqqət və qayğı göstərib:

“Ulu Öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq. Azərbaycanda 100 ildən artıq idi davam edən senzura ləğv edilib. Ümummilli Liderlə jurnalistlər arasında dəfələrlə görüşlər keçirilib.

Heydər Əliyevin banisi olduğu bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilir. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır.

Keçən il Mətbuat Gününü Şuşada qeyd etdik. Bu il də Şuşada böyük konfrans keçiriləcək. Bu da dövlətimizin jurnalistikaya verdiyi dəyərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olaq”.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə 19-cu əsrdə “Əkinçi”nin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatının 21-ci əsrdə də öz missiyasını uğurla davam etdirdiyini vurğulayıb:

“Bu missiya ilk növbədə maarifçilik və vətənpərvərlikdir. Azərbaycan dilinin saflığı və təmizliyini qoruyan, söz və ifadə azadlığı, təhsil və maarifləndirmə, qadın azadlığı ideyasını təbliğ edən, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edən mətbuatımızın əsas məsələsi milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub.

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün yeni dövr başladı. Mediamızın bu dövrü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mediaya doğma münasibət bəsləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistem halına gəlib.

Media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə budur – dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaq. Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür.

Qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək vacibdir. Düşünürəm ki, bu missiyanın öhdəsindən jurnalistlərimiz, media nümayəndələrimiz fəxrlə və böyük məsuliyyətlə gələcəklər”.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli “Media haqqında” qanunun qəbulundan sonra görülən işlərdən danışıb:

“Media haqqında” qanun qüvvəyə mindikdən sonra ipoteka ilə bağlı qanun dəyişdi. Keçən ilin oktyabrından Media Reyestri fəaliyyətə başlayıb. Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb.

Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Sözügedən proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir. Qeyri-peşəkarlığın qarşısının alınması üçün bir şansımız var. Bu da media əxlaqıdır”.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğısından bəhs edib:

“Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə media sahəsində qanunvericilik yaradıldı, senzura ləğv edildi. Heydər Əliyev hər zaman xalqın sevgisinə arxalanırdı.

Biz bu gün də Heydər Əliyevdən Vətəni, peşəmizi sevməyi öyrənirik. Bu gün də Prezident İlham Əliyev tərəfindən ölkə mətbuatının inkişafına böyük diqqət göstərilir”.

***

10:49

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilir.

Yenicag.az xəbər verir ki, konfrans Medianın İnkişafı Agentliyi, Audioviziual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutur.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv