Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli neft-qaz forumu keçiriləcək – Moskvada

Moskvada 17-20 aprel tarixində Milli neft-qaz forumu və “Neft-qaz-2017” sərgisi keçiriləcək.

Yeniçağ.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Eksposentr” mərkəzi sərgi kompleksində keçirilən forum çərçivəsində texnoloji konfranslar, dəyirmi masa ətrafında müzakirələr, seminarların keçirilməsi planlaşdırılır.

“Neft-qaz-2017” sərgisində 25 ölkədən 500 şirkət iştirak edəcək. Milli ekspozisiyalarla Almaniya, Çin, Çexiya, Finlandiyanın çıxışı gözlənilir. İştirakçılar arasında aparıcı dünya brendləri Bauer Kompressoren, Centrax Gas Turbines, Honeywell Process Solutions, KANEX Krohne, Phoenix contact, R&B Industrial Supply, Weidmüller Interface, Yokogawa Electric və digərləri də yer alır.

Yeniçağ.az

www.yenicag.az

710