!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

!Reklam – Yazi

Qusarda Milli Qəhrəman şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib.

16-22 oktyabr tarixlərində Azərbaycan Respubilkası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində Milli Qəhrəman şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib.

16 oktyabr tarixində baş tutmuş açılış mərasimində şəhid Çingiz Qurbanovun qardaşı Beytulla Qurbanov çıxış edərək gənclərə şəhidin döyüş yolu haqqında ətraflı məlumat verib. Daha sonra layihə rəhbəri Eyvaz Xeyrullayev gənclərə Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan danışıb, eyni zamanda layihə haqqında onlara ətraflı məlumat verib.

Növbəti günlərdə sözü gedən layihədə 14-17 yaş arası gənclərdən ibarət 12 komanda mübarizə aparıb. Qusar şəhərində 7 gün davam edən turnirin qalibi “Xarıbülbül” komandası olub. Sırası ilə 2-ci yerə “Polad”, 3-cü yerə isə “Zəfər” komandaları layiq görülüb. Qeyd edək ki, layhənin əsas məqsədi gənclərə vətənpərvərlik hislərini aşılamaq və gəncləri vətənpərvər ruhuda böyüməsinə təkan verməkdir.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv