!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Qəhrəmanın bacısı: “Buna görə qardaşıma işgəncə veriblər” – VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunub.

Bacısı Naibə Behbudova şəhid qardaşı ilə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Səfiyar Behbudov

1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub.

1992-ci ildə döyüşlərə qatılan Səfiyar Ağdam-Əsgəran istiqamətində vuruşub. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alıblar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırıb və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyib. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilməyib. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulub. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürüblər. 10 günlük əsir həyatında olmazın işgəncələrinə məruz qalan mərd döyüşçü düşmənə heç bir sirr vermədiyi üçün ermənilər ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırıblar.

Prezidentin 7 iyun 1992 ci il tarixli Fərmanı ilə Behbudov Səfiyara Milli Qəhrəman fəxri adı verilib.

Şəhid qəhrəman Bərdə rayonun Mollalı kəndində dəfn edilib. Təhsil aldığı 6 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Videomüsahibəni təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

1058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv