!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli valyuta və neft gəlirlərinin banklara TƏSİRİ: Problemli kreditlərin sayı, mənfəət göstəriciləri...

!Reklam – Yazi

“Milli valyuta və neft gəlirlərinin sabit qalması bankların vəziyyətinin stabilləşməsinə səbəb olub”.

Bu fikirləri bankların maliyyə nəticələrini dəyərləndirən iqtisadi ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, yaxın gələcəkdə ciddi problemlər müşahidə olunmur.

“Ümumilikdə, bank sektoruna nəzər yetirsək, vəziyyətin sabitləşməsini deyə bilərik. Bu da onu göstərir ki, problemli kreditlərin sayı azalıb və əmanətlərin həcmi sabit qalıb. Kredit portfeli qismən də olsa, artmaqdadır. Həmçinin bankların mənfəət göstəriciləri də kifayət qədər yaxşıdır. Bunu isə inkişaf kimi qələmə verilməsi mübahisəli mövzudur. Sadəcə olaraq bazar kondukturasının dəyişimi buna səbəb olub. Yəni milli valyuta və neft gəlirlərinin sabit qalması bankların vəziyyətinin stabilləşməsinə səbəb olub. Bu o deməkdir ki, banklar üçün yaxın müddət ərzində ciddi problem olmamalıdır.

Bankların inkişafı üçün isə ciddi bir dəyişiklik nəzərə çarpmır. Burada ayrıca bir dəyişiklik də gözləmək düzgün deyil. Çünki ölkə iqtisadiyyatında xüsusi artım olduğu zaman bunu banklardan da müşahidə etmək olar”.

Yusif Səmədzadə

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv