21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteyn yığması ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.
U-21-in heyətində 65-ci dəqiqədə Barış Ekincier fərqlənib.