Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Millimiz San Marinonu 5 qolla yendi

Reklam: Sinerji Pro

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında 8-ci turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi də növbəti matçına çıxıb. Komandamız doğma meydanda San Marino ilə qarşılaşıb. Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq isəyindəydi. Millimiz səfərdə minimal hesabla məğlub etdiyi rəqibə Bakıda da qalib gəlməyi hədəfləmişdi.

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanacağı halda tarixinin rekorduna imza atacaqdı. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamamışdı. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaqdı. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcəkdi. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməmişdi. Hesabında artıq 2 qələbə olan yığmamız evdəki mümkün uğur sayəsində birdən birə 3-cü sıraya yüksəlmək şansı qazanacaqdı. Belə ki, bizimlə eyni xala malik olan Norveç yığması qrup lideri Almaniya ilə, üçüncü pillənin hazırkı sahibi Çexiya isə ikincilik üçün savaşan Şimali İrlandiya ilə qarşılaşdığından bu irəliləyişin reallaşması ehtimalı mümkün idi.

Gözlənildiyi kimi, millimiz bu rəqibi üzərində inamlı qələbə qazanıb. Nəticədə, komandamız yuxarıda sadaladığımız bir çox ilklərə imza atmağa nail olub.

DÇ-2018 seçmə mərhələsi
C qrupu
4 sentyabr

Azərbaycan – San Marino 5:1
Qol: Ə.İsmayılov, 20, 57. A.Abdullayev, 24. M.Çevoli, 71-öz qapısına. R.Sadıqov, 81 – M.Palatsi, 74.
Hakimlər: Nikola Dabanoviç, Milutin Djukiç, Yovitsa Tatar, Pavle Radovanoviç (hamısı Çernoqoriya).
Hakim-inspektor: Kay Osterqard (Danimarka).
Komissar: Oljas Abrayev (Qazaxıstan).
Bakı. 8-ci km stadionu.

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev (8. Renat Dadaşov, 72), 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov (2. Qara Qarayev, 69), 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov (18. Ağabala Ramazanov, 62)
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov
Baş məşqçi: Robert Prosineçki
San Marino: 1. Aldo Simonçini, 2. Davide Sezarini, 3. Andrea Qrandoni, 4. Mişel Çevoli, 6. Mirko Palatsi, 7. Aleks Qasperoni (20. Xose Hirş, 77), 11. Alessandro Qolinuççi, 13. Alessandro Della Valle, 14. Mişel Çervellini (19. Luka Tosi, 27), 16. Danildo Rinaldi, 17. Fabio Tomassini
Ehtiyat oyunçular: 12. Qyaçomo Muraççini, 23. Mattya Manzaroli, 5. Fabio Vitayoli, 8. Mixael Battistini, 9. Mattya Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi
Baş məşqçi: Pyerancelo Manzaroli

www.yenicag.az

1555
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM