Futzal üzrə Azərbaycan millisi “Bakı 2018” Türk Şurası Universitet İdman Oyunlarının qalibi olub.
Yenicag.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi komandamız Türkiyə yığmasını 9:2 hesablı ilə məğlub edib. İlk hissəni 7:1 hesablı üstünlüklə başa vuran futzalçılarımız, ikinci hissədə daha 2 qol vurub, 1 qol buraxmaqla meydanı qalib tərk edib.
Yığmamızın heyətində Ramiz Çovdarovla Kənan Manafov het-trikə imza atıb. Fərid Atakişiyev, Elşən İbrahimxəlilov və Oqtay Rüstəmli isə hərəyə bir dəfə fərqlənib. Türkiyə yığmasının qollarını isə Tuqay Şahinlə Abulbatip Tuncay vurub.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 7-də Qazaxıstan, 9-da isə Qırğızıstan yığması ilə qarşılaşmalı idi. Lakin sözügedən kollektivlər yarışda iştirakdan imtina ediblər.