!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin futbolçusundan baş məşqçiyə hörmətsizlik: "Cəzasız qalmayacaq" - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası Ukraynaya məğlub oldu.

Yenicag.az xəbər verir ki, AÇ-2025-in seçmə mərhələsi çərçivəsində gənclər yığmaları arasında baş tutan oyun Ukrayna ilə Rusiya arasındakı məlum müharibə səbəbindən İspaniyada keçirildi ki, Samir Əliyevin yetirmələri rəqibinə 0:1 hesabı ilə uduzdu.

Məğlubiyyət öz yerində. Matçda diqqətçəkən məqam 63-cü dəqiqə yaşanan xoşagəlməz hadisə idi.

Əsas heyətdə meydana çıxan Samir Abdullayev Murad Vəliyevlə əvəzlənərkən ona əl uzadan baş məşqçinin əlini geri çevirdi.

Bu, “Səbail”in şərəfini qoruyan futbolçu tərəfindən vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş, ölkə futbolunda kifayət qədər nüfuz sahibi olan Samir Əliyevə qarşı hörmətsizlik idi.

Baş məşqçi Sportinfo.az-a açıqlamasında milli üzvünün hərəkətinə münasibət bildirərkən, Abdullayevin ondan üzr istəməsinə rəğmən cəzalanacağını gizlətməyib:

“Futbolda bu cür hallara tez-tez rast gəlirik. Təbii ki, xoşagəlməz mənzərədir.

Hakimin final fitindən sonra dərhal mənə yaxınlaşıb əməlinə görə üzr istədi. Oteldə yenə yaxınlaşıb peşman olduğunu dedi. İndi də aeroportdayıq, dilxor oturub. Səhvini gəncliyinə bağlayıram.

Açığı, elə uşaq da deyil. Çox qanacaqlı, qabiliyyətlidir. Samiri U-19-dan tanıyıram, illərdir rəhbərliyim altında oynayır. İndiyə qədər millidə heç vaxt nizam-intizamında, yaxud davranışında problem olmayıb.

Hər bir halda cəzasız qalmayacaq, cəzalanacaq”.

U-21 millimiz Ukrayna, İngiltərə, Serbiya, Lüksemburq və Şimali İrlandiyanın yer aldığı F qrupunda keçirdiyi 4 oyundan sonra 3 xalla 4-cü pillədə yer alıb.

Gənclərdən ibarət komandamız növbəti matçını gələn ilin martın 22-də Bakıda İngiltərəyə qarşı keçirəcək.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv