!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin oynayacağı stadionda yeniliklər

!Reklam – Yazi

Bakı Olimpiya Stadionunda (BOS) bir sıra yeniliklər həyata keçirilib.

Yenicag.az idman qurğusunun rəsmi saytına istinadən xəbər verir ki, yeniliklərə səbəb UEFA Millətlər Liqasının oyunlarının bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində – 2019-cu il Avropa Liqasının final oyununun qaydaları əsasında təşkilidir.

Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və BOS tərəfindən nizamlanaraq təsdiq ediləcək və oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan sonra azarkeşlər və digər müştəri qrupları (KİV nümayəndələri, VİP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsilə stadiona daxil olacaqlar. Sözügedən avadanlıqların əməliyyat sistemləri həm bar kodları, həm də radio tezlik identifikasiyalarını oxuya biləcək. Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin öz bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Əlilliyi olan şəxslərin də turniketlər vasitəsi ilə stadiona daxil ola biləcəyi də bu yeniliklərdəndir.

Ümumilikdə, 124 turniket quraşdırılıb ki, bunun 110-u ümumi istifadədə, 4-ü əlilliyi olan şəxslər üçün, qalan 10 turniket isə VİP zonalardadır.

Əlavə olaraq, girişlərin yerləşməsi də dəyişdirilib. Əvvəllər tamaşaçı girişləri qütblərə uyğun adlanırdısa (Şimal, Cənub, Şərq və Qərb), indi isə bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcək. Bu yenilik qonaqların matç və digər tədbirlərdə stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Oturacaqların sayında da dəyişiklik olacaq. Atletika yarışlarında əlavə olaraq istifadə oluna bilən kamera platformaları azarkeş üçün oturacaqlarla əvəz edilir.

Jurnalistlər üçün “Mix Zona”ya giriş ayrı bir qapı vasitəsi ilə həyata keçiriləcək və “eksklüziv” miks-zonada fəaliyyət göstərən jurnalistlərə akkreditasiya üçün əlavə bir etiket təqdim olunacaq.

Yeniliklər Tamaşaçı Xidmətlərinə də təsir edəcək. Beləliklə Tapıntılar Bürosunun mexanizmi daha zərif olacaq. Hər bir maddə Tamaşaçı Xidmətləri nümayəndəsinə köçürüləcək və formaları doldurduqdan sonra stendlərdə olan Tapıntılar Bürosunun ofisinə yerləşdiriləcək. İtən əşyanın sahibləri stadionun nümayəndələrinə 1 həftə ərzində müraciət edə bilərlər. Eyni zamanda itirilən əşyaların siyahısı BOS-un rəsmi kanallarında dərc olunacaq. Bu müddət ərzində əşyanın sahibi tapılmazsa, tapılan əşya protokolu ilə birlikdə paketlənərək təhlükəsizlik xidmətlərinə təqdim ediləcək.

Stadionun ərazisində daimi Tibb Məntəqəsi də fəaliyyət göstərəcək.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Kosovonu məhz BOS-da qəbul edəcək.

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv