Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Milliön”dən 13 min manatdan çox pul oğurladılar - FOTOLAR / VİDEO

Sabunçu rayonunda “Milliön” ödəmə terminalından 12 min manat və 600 dollar oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan “Milliön” ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib. Naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları oğurlayaraq hadisə yerindən yayınıblar.Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.

Hər 3 şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.

Qeyd edək ki, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Vüsal Tağıyev, Fərhad Əliyev və İbrahim İlyasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sabunçu Rayon Polis İdarəsi və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

www.yenicag.az

1119
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100