![cecen-milyarder-kizinin-milyonluk-gelinligi_x_93340_b](https://yenicag.az/wp-content/uploads/2016/09/cecen-milyarder-kizinin-milyonluk-gelinligi_x_93340_b-1-294x300.jpg)
Mərasimə gəlin Elina Bazayevanın livanlı dizayner Zuhair Muradın imzasını daşıyan gəlinliyi damğasını vurub. Üzəri daşlarla və işləmələrlə bəzədilmiş uzun quyruğuyla diqqət çəkən gəlinliyin qiyməti 20 milyon rus rubludur (təxminən 512 min manat).
Gəlini, altı ay əvvəl Moskvada yenə dəbdəbəli bir mərasimlə evlənən bacısı Mariam tək qoymayıb. Lakin 49 yaşındakı atası Musa Bazaev ilə anası Luisa mərasimdə qatılmayıblar. Bunun səbəbi isə Bazaev ailəsinin Çeçen ənənələrinə olan bağlılığıdır. Çeçen ənənələrinə görə, gənc qız evlənərkən ana və atası mərasimdə iştirak etmir.
Elina ilə Bek Əli Xan Mamakaev, bu ilin fevral ayında tanış olublar. İki ay sonra da Mamakaev, Elina Bazaevaya evlilik təklif edib.