!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda seminar keçirildi

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda seminar keçirilib.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (FHN XRXX) rəis müavini general-mayor Məhərrəm Həsənov, MEDİA-nın şöbə müdiri Natiq Məmmədli, UNEC Tədqiqat Fondunun Media və dövlət qurumlarına üzrə departament rəhbəri Ellada Əliyevə və FHN-in Mətbuat Xidmətinin rəisi mayor Gülçin Mehdiyevanın iştirakı ilə keçirilən seminarda mina təhlüksəziliyi ilə bağı çıxışlar edilib.

Mina təmizləmə işlərindən bəhs edən general-mayor Məhərrəm Həsənov bu işlərin həyata keçirilməsində ixtisaslı pirotexniki istehkam qrupunun çalışdığını vurğulayıb. XRXX-nin rəis müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi davam edir və bu prosesdə kinoloji taborun xüsusi təlim keçmiş 10 iti iştirak edir.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli isə çıxışında işğaldan azad olunmuş ərazilərdə minaya düşərək şəhid olan Məhərrəm İbrahimovla Sirac Abışovu xatırlayıb, peşə fəaliyyətini yerinə yetirən jurnalistləri diqqətli olmağa çağırıb.

UNEC Tədqiqat Fondunun Media və dövlət qurumlarına üzrə departament rəhbəri Ellada Əliyevə azad edIlmiş ərazilərdə məskunlaşma işlərinin həyata keçirilməsi fonunda vətəndaşların mina təhlükəsizliyi ilə bağlı məıumatlandırılmasında medianın dəstəyinin yüksək olduğunu vurğulayıb.

Daha sonra XRXX-nin şöbə rəisi kapitan Süleyman Heydərov mina təhlükəsizliyi və davranış qaydaları ilə bağlı geniş təqdimatla çıxış edib.

Süleyman Heydərov vətəndaşların hər hansı səbəbdən şübhəli əraziyə keçdiklərini yəqin etdiklərində hərəkət etməməyi və dərhal “112” və “102” mərkəzlərinə zəng edərək olduqları yer barəsində ətraflı məlumat verməyi bir daha diqqətə çatdırıb.

Minaların əyani olaraq jurnalistlərə nümayiş etidirildiyi seminar media mənsublarına müvafiq sertifikatların təqdim edilməsilə sona çatıb.

Aqil Bəkir

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv