!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mina xəritələrinin QEYRİ-DƏQİQLİYİ: "Bu, praktiki olaraq mümkün deyildi" - HƏRBİ EKPSERT

!Reklam – Yazi

“Ermənistanın təqdim etdiyi mina xəritələrinin saxta olması öncədən məlum idi. Çünki mina xəritələrinin gerçək olması praktiki olaraq mümkün deyildi”.

Bu sözləri Ermənistanın təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin dəqiq koordinatları əhatə etməməsinə münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, birinci Qarabağ müharibəsi zamanı nə erməni , nə də Azərbaycan tərəfdən basdırılan minaların, demək olar, heç biri xəritəyə işlənilməyib:

“Xəritələrin gecikməyi erməni tərəfinin saxta xəritə tərtib etmək üçün formulyarın hazırlanması, daha sonra xəritələrə işlənməsinə görə olub. Əvvəlcə formulyar hazırlanır, daha sonra xəritəyə işlənilir. Bundan əlavə minalar uzun illərdir basdırılıb. Yağışlar olub, sürüşmələr nəticəsində yerdəyişmələr baş verib. Minaların sıradan çıxması halları çox olub. Birinci Qarabağ müharibəsində Azərbaycan ordusu geri çəkiləndə minaları basdıra-basdıra çəkilirdi. Heç bir formulyara işlənilmirdi. Ermənilər də basdırdıqları minaların formulyarını işləməyib.

Vətən müharibəsində ermənilər geri çəkilən zaman harda gəldi minaları basdırırdılar. Təbii ki, o qarışıq vəziyyətdə basdırılan minalar formulyara işlənilmirdi. Bütün bunları nəzərə aldıqda, xəritələrin dəqiqliyi mümkün deyil. Yalnız neytral ərazilərdə mina xəritələri dəqiq olar. Bu məsələdə də, xəritəyə ehtiyac yoxdur. Çünki xəritəsiz də neytral olmuş ərazilər yoxlanılacaq.

Hesab edirəm ki, mina xəritələrinin doğruluq payı 10 faiz ola bilər. Fikrimcə, nə ermənilər minaların yerini dəqiq bilir, nə də bizə dolğun məlumat verirlər”.

Səxavət Məmməd

www.yenicag.az

1027
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv