!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevir Mərkəzi Kitabxanasının iki filial müdirini avtomobil vuraraq öldürüb - FOTO

!Reklam – Yazi

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub.

Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib.

APA-nın əldə etdiyi xəbərə görə, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Araşdırma aparılır.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv