!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mingəçevirdə avarçəkmə və kanoe üzrə "Gənclər kuboku" keçirildi - FOTOLAR

!Reklam – Yazi

29 yanvar tarixində Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində Azərbaycan Milli Avarçəkmə Federasiyasının təşkilatçılığı, “Davam” Gənclər Hərəkatının tərəfdaşlığı ilə “Tariximizi birgə yaşadaq” şüarıyla keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışına yekun vurulub.

Yarışı gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, federasiyanın prezidenti Vüqar Əhmədov və digər rəsmi qonaqlarla yanaşı “Davam” Gənclər Hərəkatının üzvləri də izləyiblər.

Yarış başlamazdan əvvəl 60-dan çox gəncin iştirakıyla Gənclər Gününün 25-ci ildönümü ilə əlaqədar ərsəyə gələn fləşmob zamanı davamçılar tərəfindən rabitəli düzülüş nəticəsində 25 ədədi formalaşdırılıb, eni 4, uzunluğu 8 metr olan bayraq dalğalandırılıb.

Sonda davamçı gənclər sertifikatla təltif edilib, yarış mükafatçılarına medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.

 

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv