!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevirdə FACİƏ: Ana və qızları zəhərləndi - Ölən var

!Reklam – Yazi

Biləsuvar rayon sakini dəm qazından boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Belə ki, 19 yaşlı Rəmsudə Süleyman qızı Əliyeva yaşadığı evdə, hamamda dəm qazından boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində 7 yaşlı qız vanna otağında boğularaq ölüb, 10 yaşlı bacısı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şəhərin Energetikər yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü A.Şirinova 7 və 10 yaşlı qızlarını içərisi yarıya qədər suyla dolu vannada çimizdirən zaman anidən huşunu itirərək yıxılıb. Yaxınları vanna otağına daxil olan zaman qadının yerdə, 10 yaşlı uşağın isə vannada huşsuz vəziyyətdə olduğunu, 7 yaşlı qızın isə suyun içərisində boğulduğunu görüblər. Onlar yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lakin 7 yaşlı qızın öldüyü məlum olub.

Qadına həkimlər tərəfindən tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. On yaşlı qızın isə vəziyyəti qənaətbəxşdir, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, onların vanna otağında dəm qazından zəhərləndiyi, qadın və uşaqlarının bu səbəbdən huşlarını itirdiyi, huşu özündə olmayan 7 yaşlı qızın isə suda boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv